Avtomobillərdən oğurluq edən Sumqayıt sakini saxlandı
Oğurluqda şübhəli bilinən Sumqayıt sakini aşkar edilib.Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Sumqayıt ŞPİ 3-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində yeddi avtomobildən pul, iki ədəd mobil telefon, maqnitofon, noutbuk və sənədlər oğurlamaqda şübhəli bilinən Sumqayıt sakini, əvvəllər məhkum olunmuş A.Feyziyev saxlanılıb.

