Ermənistanda koronavirusa yoluxanların sayı 3 500 nəfəri keçdi
Ermənistanda koronavirusa yoluxanların sayı 3 538 nəfərə çatıb.
ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, son sutka ərzində 146 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 1 nəfərin ölümü qeydə alınıb.
Bu günədək Ermənistanda 47 nəfər koronavirusun qurbanı olub, 2 042 nəfərin müalicəsi isə davam edir.
Qeyd edək ki, ölkədə mayın 14-dək fövqəladə vəziyyət elan olunub.

