Dünya 

Misirdə koronavirusdan ölənlərin sayı 556 nəfərə çatıb

Misirdə son sutka ərzində COVID-19 virusuna 338 yoluxma halı qeydə alınıb.

ARANTV.AZ AZƏRTAC-a istinadən bildirir ki, Misirin Səhiyyə Nazirliyinin məlumatında ölkədə koronavirusa yoluxanların ümumi sayının 10431 nəfərə çatdığı qeyd olunur.

Məlumatda mayın13-də COVID-19 virusundan 12 nəfərin öldüyü, həyatını itirənlərin ümumi sayının 556 nəfərə çatdığı bildirilib. Əlavə edilib ki, son sutka ərzində xəstəlikdən 160 nəfər sağalıb, ümumilikdə isə ölkədə fəaliyyət göstərən 17 karantin xəstəxanasında 2456 pasiyent tam müalicə olunub.

Misir parlamentinin deputatı Şirin Feraq da koronavirusa yoluxub. Bu barədə məlumat verən parlamentin vitse-spikeri Soliman Vəhdan bildirib ki, deputat Qahirədəki karantin xəstəxanasına yerləşdirilib, onunla təmasda olan daha 12 deputat da testdən keçirilir. Onun sözlərinə görə, parlamentin bundan sonrakı iclasları videokonfrans vasitəsilə keçiriləcək.

Daha çox xəbərlər