Bərdədə 32 yaşlı kişini at vurdu, vəziyyəti ağırdır
Bərdə rayonunda at 32 yaşlı gənci vuraraq ağır xəsarət yetirib.
ARANTV.AZ-ın məlumatına görə, hadisə rayonun otuzikilər kəndində baş verib.
Belə ki, kənd sakini 1988-ci il təvəllüdlü Şükürov Asəf Etibar oğlu atın vurduğu zərbədən ağır xəsarət alıb. Yaralı Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildirir.
Faktla bağlı araşdırma aparılır.“Qafqazinfo”

