Dünya 

Ermənistanda koronavirusa yoluxanların sayı 3 860 nəfərə çatıb

Ermənistanda koronavirusa yoluxanların sayı 3 860 nəfərə çatıb.

ARANTV.AZ  Trend-ə istinadən xəbər verir ki, son sutka ərzində 142 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 1 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 49 nəfər koronavirusun qurbanı olub, 2 218 nəfərin müalicəsi isə davam edir.

Ölkədə pandemiya ilə əlaqədar elan edilmiş fövqəladə vəziyyət bu gün başa çatsa da, iyunun 13-dək uzadılması təklif olunub.

Daha çox xəbərlər