Dünya 

Bu ölkədə 10 milyon donuz məhv ediləcək

ABŞ-da sentyabr ayının ortalarınadək 10 milyon donuz məhv ediləcək.

Bunu ölkənin Milli Donuz əti İstehsalçıları Şurası bildirib.

Qeyd olunur ki, koronavirus pandemiyası ilə əlaqədar ət fabriklərinin istehsal gücünü azaltması, fermalarda donuzların sayının artmasına səbəb olub.

Buna görə qida və yer çatışmazlığı ilə əlaqədar fermerlər donuzların sayını azaltmaq məcburiyyətində qalıb.

Qeyd edək ki, ABŞ-ın ət istehsalı sektorunda işləyənlər arasında 14 min yoluxma qeydə alınıb, 54 nəfər ölüb. //Trend

Daha çox xəbərlər