Polad Bülbüloğlunun qardaşı vəfat etdi
Azərbaycan professional vokal sənətinin banisi, görkəmli opera müğənnisi Bülbülün böyük oğlu Çingiz Məmmədov vəfat edib.
Mədəniyyət Nazirliyinin mətbuat xidməti Oxu.Az-a açıqlamasında məlumatın doğruluğunu təsdiq edib.
Qeyd edək ki, 12 dekabr 1938-ci ildə Tiflisdə doğulan Çingiz Bülbüloğlu uzun illər bir sıra vəzifələrdə çalışıb.
Mərhum bir neçə il əvvəl Milli Məclis Aparatında şöbə müdiri kimi təqaüdə çıxıb.

