Hadisə 

Tovuzda 51 yaşlı kişini ilan sancdı – VİDEO

Tovuzda 51 yaşlı kişini ilan sancıb.

ARANTV.AZ  xəbər verir ki, hadisə Kür çayının yaxınlığında yerləşən şəxsi təsərrüfatlardan birində baş verib.

51 yaşlı Alıyev İbrahim Məhəmməd oğlu həyətdə işləyərkən onu ilan sancıb.

İ.Alıyev dərhal Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona ilan zəhəri əleyhinə zərdab vurulub.

Hazırda zərərçəkmişin vəziyyətinin kafi olduğu bildirilir.

Baku.TV

Daha çox xəbərlər