Sosial 

Yolda qazılan çuxur avtomobilləri yararsız vəziyyətə salıb – VİDEO

Bakının Nəsimi rayonunda “Şamaxinka” kimi tanınan ərazidə qazılan çuxur sürücülərə ciddi zərər vurub.

Avtomobil sahibləri bildiriblər ki, “Azərsu” ASC-nin əməkdaşları köməkçi yolda su və kanalizasiya borularının təmiri ilə əlaqədar qazılan çuxurun ətrafına xəbərdarlıq nişanları qoymayıb. Maneəni son anda görən sürücülər isə nəqliyyat vasitəsini vaxtında saxlaya bilmirlər və nəticədə, yolda qəza şəraiti yaranır.

Çəkiliş aparılan zaman müşahidə olunub ki, qazılmış çuxurun içərisi daş və çınqılla doldurulub.

Daha ətraflı Baku.TV-nin süjetində:

 

Daha çox xəbərlər