Dünya 

Türkiyəyə koronavirus iki ölkədən yayılıb

Türkiyədə iki ay ərzində aparılan araşdırmalar zamanı koronavirusun bu ölkəyə hansı dövlətlərdən keçdiyi məlum olub.

Sondakika.com xəbər verir ki, Türkiyə Təbiblər Birliyi COVID-19 Məsləhət və Nəzarət heyəti epidemiya ilə əlaqədar iki aydır davam edən araşdırmaları açıqlayıb.

Sənəddə qeyd edilir ki, Türkiyəyə koronavirus Səudiyyə Ərəbistanı və İrandan keçib.

COVID-19 diaqnozu qoyulmuş tibb işçilərinin sayının 902 nəfər olduğu, bu insanların 77,8 faizinin xəstəxanalarda, 18,2 faizinin Ailə Sağlamlıq Mərkəzlərində və digər təcili tibbi yardım müəssisələrində çalışdığı diqqət çəkir.

Məlumata görə, COVID-19 diaqnozu qoyulan həkimlərin 58,8 faizi kişidir.

Qeyd edək ki, Türkiyədə koronavirusa indiyə qədər 146 457 nəfər yoluxub, 4055 nəfər ölüb, 106 133 nəfər isə sağalıb.

Daha çox xəbərlər