Dünya 

Ukrayna İŞİD terrorçusunu Gürcüstana təhvil verib

Ukrayna “Əl Bara Şişani” ləqəbli İŞİD terrorçusu Sezar Toxosaşvilini Gürcüstan tərəfinə təhvil verib.

Axar.az xəbər verir ki, bu barədə Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb.

Məlumatda qeyd olunub:

“Terrorçuluqda ittiham olunan və İnterpol tərəfindən axtarışda olan Gürcüstan vətəndaşı Sezar Toxosaşvili Tiflis aeroportunda gürcü tərəfinə təhvil verildi. Toxosaşvili 2019-cu ilin noyabrın 12-də Kiyevdə saxlanmışdı”.

Daha çox xəbərlər