Qaxda iki nəfəri it dişlədi
“Qafqazinfo” nun məlumatına görə, bu gün axşam saatlarında rayonun Turaclı kənd sakini – 2013-cü il təvəllüdlü Bəşirzadə Turqut Yasin oğlu və rayonun Süskənd kənd sakini 1961-ci il təvəllüdlü Müslümova Xuraman Məmməd qızı it dişləməsi xəsarətlərilə Qax rayon Mərkəzi Xəstəxanasına daxil olublar.
Xəstəxanada hər iki şəxsə yardım göstərilib, quduzluğa qarşı peyvənd vurulub və ambulator müayinə üçün evə buraxılıblar.

