Yevlaxda gənc qadın yaralanıb
Yevlax rayon sakini bədbəxt hadisə nəticəsində xəsarət alıb.
ARANTV.AZ xəbər verir ki, rayonunn 1989-cu il təvəllüdlü Yuxarı Bucaq kənd sakini Abdullayeva Dürdanə Oruc qızı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Məlumata görə, qadın şəhərin Sənaye Parkı yaxınlığında naməlum şəraitdə sol bud nahiyəsindən dəhrə (Ağacları budamaq üçün istifadə olunan alət) xəsarəti alıb.
Faktla bağlı araşdırma aparılır.
report

