Azərbaycan-Ukrayna biznes forumu keçirilib
ARANTV.AZ xəbər verir ki, “Ukraynanın Xarkov, Sumı, Dnepr və digər şəhərlərinin iş adamları Azərbaycanla regional işbirliyinə xüsusi maraq göstərirlər”. Azərbaycan-Ukrayna iş adamlarının Xarkovda keçirilən biznes forumunda bu barədə bildirilib.
Biznes-forumda Ukraynanın Sumı, Çerniqov, Dnepr, Xarkov və digər şəhərlərinin zavod, fabrik, sənaye və elmi müəssisələrin rəhbərləri iştirak etdilər. Tədbirdə ölkələrimiz arasında mal dövriyyəsinin artırılması, ticari-iqtisadi əlaqələrin genişləndirilməsi və müştərək istehsal müəssisələrinin qurulması məsələləri müzakirə olundu. Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev ölkəmizdə həyata keçirilən qlobal sosial iqtisadi islahatlar barədə ukraynalı iş adamlarına ətraflı məlumat verdi. Azərbaycanda yerli və xarici iş adamlarına yaradılan geniş imkanlardan və səmərəli infestisiya mühütindən bəhs etdi. Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov və digərləri son illər azərbaycanlı iş adamlarının Ukraynada həyata keçirilən iqtisadi islahatlara verdikləri dəstək və bu sahədə sərmayə yatırımlarından danışdılar. Çıxış edənlər ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğuladılar.
Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulluğunun təşəbbüsü ilə keçirilən biznes-forumda ölkələrimiz arasında iqtisadi-mədəni əlaqələrin inkişafınadakı xidmətlərinə görə bir qrup şəxsə fəxri diplomlar təqdim olundu.

