Dünya 

Sudanda iki təyyarə toqquşdu – VİDEO

Sudan Hərbi Hava Qüvvələrinə məxsus iki təyyarə paytaxt Xartumadakı aeroportda toqquşub.

ARANTV.AZ  xəbər verir ki, bununla bağlı “Al-Arabiya” telekanalı məlumat yayıb.

Qəzanın təfərrüatı məlum deyil.

Bloqer Vitali Trubnukov “Facebook” hesabında qəzada Ukrayna istehsalı An-26 və An-32 təyyarələrinin toqquşduğunu bildirib.

Hadisə zamanı ölən olmayıb. Xartuma aeroportu bir müddətlik fəaliyyətini dayandırıb.

oxu.az

Daha çox xəbərlər