Qusarda 65 yaşlı qadın intihar etdi
Qusarda intihar hadisəsi baş verib.
ARANTV.AZ xəbər verir ki, hadisə rayonun Zindanmuruqqışlaq kəndində qeydə alınıb.
Kənd sakini, 1955-ci il təvəllüdlü Mahiyə Eldarova özünü yaşadığı evin həyətində yerləşən anbarda asıb. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.Oxu.Az

