Naxçıvana getmək istəyənlərə ŞAD XƏBƏR!
Bakı Naxçıvan nümayəndəliyi Operativ Qərargaha müraciət edib
Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov nümayəndəliyə olan çoxsaylı müraciətlərlə bağlı Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargaha məktubla müraciət edib.
Nümayəndəlikdən “İki sahil”ə daxil olan məlumata görə, məktubda qeyd edilir: 2020-ci il aprelin 5-də Naxçıvan-Bakı-Naxçıvan istiqamətində təyyarə reysləri dayandırılmışdır. Naxçıvan Muxtar Respublikasına qayıtmaq istəyən sakinlərin Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinə çoxsaylı müraciətlərini nəzərə alaraq təyyarə reyslərinin bərpası məsələsinə baxılmasını xahiş edirik.

