Hadisə 

Bakıda sərnişinlə dolu avtobus “Prado” ilə toqquşdu – Tıxac yarandı

Paytaxtın Sabunçu rayonu, Zabrat-Sabunçu yolunda 131 nömrəli marşrut avtobusu “Prado” markalı avtomobillə toqquşub.

ARANTV.AZ  xəbər verir ki, saat 07:15 radələrində “Koroğlu” istiqamətində hərəkətdə olan sərnişinlə dolu  avtobusun qəzaya uğraması nəticəsində xoşbəxtlikdən xəsarət alan olmayıb.

Sərnişinlər dərhal avtobusu tərk ediblər. Yolda tıxac yaranıb.

milli.az

Daha çox xəbərlər