Əsas səhifə 

Prezident İlham Əliyev Azərbaycanın şəhər və rayonlarında çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı Sərəncam imzalayıb

ARANTV.AZ xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycanın şəhər və rayonlarında çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanın 27 şəhər və rayonunda 436 çoxmənzilli binanın dam örtüyünün təmiri məqsədi ilə “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Prezidentin 2017-ci il 25 dekabr tarixli Fərmanının islahatlarla bağlı xərclər yarımbəndində nəzərdə tutulan vəsaitdən 21 milyon 194 min 760 manat bu Sərəncama əlavə olunmuş siyahıya uyğun şəhər, rayon icra hakimiyyətlərinə ayrılıb.

Daha çox xəbərlər