İranın qərbində güclü zəlzələ olub
İranın qərbində yerləşən İlam əyalətində 5 bal gücündə zəlzələ baş verib.
IRNA bu barədə Tehran Universitetinin Geofizika İnstitutundakı Seysmoloji Mərkəzə istinadla məlumat yayıb.
Episentri Salehabad şəhərində olan yeraltı təkanlar yerli vaxtla saat 12:46-da (Bakı vaxtı ilə 11:16 – red.) qeydə alınıb.
Zəlzələ ocağının yerin səthindən 11 km dərinlikdə olduğu bildirilir.
Dağıntı və təlafat barədə məlumat verilməyib.

