Kürdə beş nəfər burulğana düşdü
Bərdədə Kür çayında üzən beş nəfər burulğana düşüb.
ARANTV.AZ xəbər verir ki, hadisə çayın rayonun Nazırlı kəndindən keçən hissəsində qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətindən Oxu.Az-a bildirilib ki, çayda batma təhlükəsi ilə üzləşən dörd nəfər sudan çıxarılıb:
“2002-ci il təvəllüdlü Mirağazadə Röyal Rafiq oğlunun axtarışları davam etdirilir”.
Hazırda faktla bağlı araşdırma aparılır.

