Sosial 

Maliyyə vəziyyəti ürəkaçan olmayan “Azəristiliktəchizat”dan AÇIQLAMA: “Nazir aydınlıq gətirib”

“Azəristiliktəchizat” ASC Maliyyə naziri Samir Şərifovun qurumla bağlı bədbin açıqlamasına münasibət bildirib.

Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, istilik tarifləri sosialyönümlü olduğundan və maya dəyərindən aşağı müəyyən edildiyindən xərclərin bir hissəsi dövlət büdcəsi tərəfindən subsidiyalaşdırılır.

“Bu məsələlərə maliyə naziri tərəfindən aydınlıq gətirilib”, – deyə qurumdan verilən cavabda bildirilib.

Xatırladaq ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iyunun 2-də keçirilən iclasında Maliyyə naziri Samir Şərifov deyib ki, 2019-cu ildə “Azəristiliktəchizat” ASC-nin fəaliyyətinin tənzimlənməsinə 11 milyon 200 min manat ayrılıb.

O əlavə edib ki, qurumun maliyyə vəziyyəti ürəkaçan deyil.

Daha çox xəbərlər