Dünya 

Moskvada yoldan keçənləri güllələyən şəxs ələ keçdi – VİDEO

Moskvada evin pəncərəsindən atəş açan kişi xüsusi əməliyyatla saxlanılıb.

Bu barədə Lenta.ru hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadla məlumat yayıb.

Əməliyyat zamanı atəş açan şəxs və Rusiya Milli Qvardiyasının bir əməkdaşı yaralanıb.

Şübhəli təcili yardım maşını ilə hadisə yerindən aparılıb.

Xatırladaq ki, iyunun 7-də, yerli vaxtla saat 22:00 radələrində Moskvanın cənub-qərbində naməlum şəxs silahdan atəş açıb. Yoldan keçən iki nəfər yaralanıb.

Şahidlərin sözlərinə görə, evin həyətində atışma ən azı 20 dəqiqə davam edib.

Baş verənlərlə əlaqədar cinayət işi açılıb.

Daha çox xəbərlər