Dünya 

Qırğızıstanda koronavirusa yoluxanların sayı 2 032 nəfərə çatıb

Qırğızıstanda ötən sutka ərzində yeni növ koronavirusa daha 25 nəfər yoluxub.

ARANTV.AZ  Trend-ə istinadən bildirir ki, bunu brifinq zamanı ölkənin səhiyyə nazirinin müavini Nurbolot Usenbayev deyib.

Onun sözlərinə görə, ölkədə infeksiyaya yoluxanların ümumi sayı 2 032 nəfərə çatıb.

Nazir müavini qeyd edib ki, koronavirusa yoluxanlardan 1 445 nəfəri sağalıb, 22 nəfəri isə vəfat edib.

Daha çox xəbərlər