Rusiyada məktəblilər imtahansız attestat alacaq

Rusiyada məktəblilər imtahan vermədən attestat ala biləcək.

ARANTV.AZ  Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Mixail Mişustin müvafiq qərarı imzalayıb.

Qərara əsasən, 9 və 11-ci sinif şagirdləri xüsusi qaydada orta təhsil barədə şəhadətnamə ala biləcək. Peşə məktəblərinə qəbul attestat qiymətlərinə əsasən həyata keçiriləcək.

Attestatların imtahansız verilməsi barədə qərar koronavirus pandemiyası ilə əlaqədar qəbul edilib.