Bakıda oğurluq edən şəxs tutulub.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, oğurluq etdiyinə görə tutulmuş O.Ağayevin ətrafında Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki 1 köşkdən tütün məmulatı, 1 evdən pul və 1430 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib.
