İdman 

Azərbaycanlı cüdoçular Dənizkənarı Parkda yarışdı – VİDEO

Azərbaycanlı cüdoçular karantin günlərində Milli Dənizkənarı Parkda yerləşən idman şəhərciyində məşq edir.

ARANTV.AZ-ın xəbərinə görə, idmançılarımızdan 73 kq çəki dərəcəsində mübarizə aparan Rüstəm Orucovla Kənan Quluzadə bir-biri ilə yarışıb.

Onlar paralel qollarda idman edib. Ən tez yorulan Kənan Quluzadə olub. O, 70 dəfə idman hərəkəti edə bilib. Olimpiya mükafatçımız Rüstəm Orucovda isə həmin göstərici 72-yə bərabər olub.

 

Oxu.Az

Daha çox xəbərlər