İdman 

“Müzəffər Lider, Vətənpərvər Gənclik” layihəsi çərçivəsində “Nə? Harada? Nə zaman?” formatında intellektual yarış keçirilib.

Layihə Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, Qarabağ Regional Gənclər və İdman İdarəsinin, həmçinin Qarabağ Regional Təhsil İdarəsinin təşkilati dəstəyi ilə həyata keçirilib.

Layihənin 3-cü tədbiri olan bu intellektual yarış Tərtər Peşə Məktəbində təşkil edilib.

Yarış torpaqlarımız uğrunda canından keçən şəhidlərimizin və Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə iştirakçılara layihə rəhbəri Fədayət Şəmilov tərəfindən “Müzəffər Lider, Vətənpərvər Gənclik” layihəsi haqqında məlumat verilib. Qarabağ Regional Gənclər və İdman İdarəsinin Gənclərlə iş sektorunun müdiri Orxan Fəxrəddinov isə dövlətin gənclər üçün yaratdığı imkanlardan danışıb. Çıxışların sonunda yarış iştirakçılarına uğurlar arzulanıb.

İntellektual yarışda hərəsində 6 nəfər olmaqla 11 komanda (ümumilikdə 66 gənc) iştirak edib.
İki hissədən ibarət olan yarışda ümumilikdə 30 sual səsləndirilib.

Yarışın nəticələri aşağıdakı kimidir:

🥇 Zəfər komandası
🥈 Qarabağ komandası
🥉 Yenilməzlər komandası

Qalib komandaları təbrik edirik!

Daha çox xəbərlər