Dünya 

Məşhur aktyor ölümünə səbəb olduğu sürücünün ailəsindən üzr istəmədi

Moskvanın mərkəzində ölümlə nəticələnmiş ağır yol-nəqliyyat hadisəsini törətməkdə ittiham olunan məşhur rusiyalı aktyor Mixail Yefremov qəzada həlak olan sürücü Sergey Zaxarovun ailəsindən üzr istəməkdən imtina edib.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

Jurnalistlər M.Yefremova ifadə verib qayıdarkən yaxınlaşıb, S.Zaxarovun ailəsindən üzr istəmək niyyətində olub-olmadığını soruşublar.

Lakin M.Yefremov susub və mənzilinə daxil olub.

Daha çox xəbərlər