Bakıda sanatoriyada məcburi köçkünü cərəyan vurub öldürdü
Bakıda sanatoriyada ölüm hadisəsi baş verib.
ARANTV.AZ Trend-ə istinadən əbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, Pirşağı qəsəbəsindəki Qızıl Qum sanatoriyasında baş verib.
Həmin sanatoriyada məskunlaşan, Laçın rayonundan olan məcburi köçkün, 1967-ci il təvəllüdlü Abbasov Surxay Bəhlul oğlu məskunlaşdığı evdə soyuducunu təmir edərkən elektrik cərəyanı vurub. S.Abbasov 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilərkən orada ölüb.
Faktla bağlı araşdırma aparılır.

