Sosial 

Daha bir xəstəxana koronavirusa yoluxanlara ayrıldı

Sabahdan Göyçay Rayon Mərkəzi Xəstəxanası COVID-19-la mübarizə xəstəxanası kimi fəaliyyət göstərəcək.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva məlumat verib.

O bildirib ki, Göyçay Rayon Mərkəzi Xəstəxanası pandemiyaya yoluxanlara ayrılıb.

Qurum rəsmisi hansı xəstəxanaların pandemiya ilə mübarizəyə ayrılacağı ilə bağlı suala belə cavab verib:

“Yoluxmalarla bağlı ehtiyac yaranarsa, mərhələli şəkildə pandemiya ilə mübarizəyə bağlanan xəstəxanalar olarsa, ictimaiyyətə məlumat veriləcək”

Daha çox xəbərlər