Siyasət 

Azərbaycan Türkiyənin ən etibarlı dostu və müttəfiqidir – Rəy sorğusu

Türkiyə əhalisinin 65,6 faizi Azərbaycanı Türkiyənin ən etibarlı dostu və müttəfiqi hesab edir.

ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, bu barədə Kadir Has Universitetinin keçirdiyi rəy sorğusunda deyilir.

Sorğunun nəticələrinə əsasən, respondentllərin 70 faizi ABŞ-ı Türkiyə üçün real təhdid hesab edir.

Rəyi soruşulanların 30,2 faizi hesab edir ki, Ankara türkdilli ölkələrlə, 24,8 faizi müsəlman ölkələri ilə, 55 faizi isə bütün ölkələrlə münasibətləri möhkəmləndirməlidir.

Daha çox xəbərlər