Paytaxtda 26 yaşlı kişini maşın vurdu
Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
ARANTV.AZ-ın məlumatına görə, hadisə Səbail rayonunda qeydə alınıb.
“Azneft” meydanı dairəsi yaxınlığında 1994-cü il təvəllüdlü Mirzəliyev İbrahim Bəhruz oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıb. Ona sol bud-çanaq əziyi diaqnozu qoyulub.Report

