Hadisə 

Bakıda qadın qəzada ağır xəsarət aldı

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

ARANTV.AZ-ın məlumatına görə, hadisə “Azneft” meydanı dairəsi yaxınlığında qeydə alınıb.

İki avtomobilin toqquşması zamanı 1969-cu il təvəllüdlü Novruzova Kəmalə Arif qızı xəsarət alıb.

Yaralı təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıb. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.Report

Daha çox xəbərlər