Hadisə 

Paytaxtda dörd nəfər köməksiz qaldı

Bakıda dörd nəfər köməksiz qalıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Bakı şəhərinin Binəqədi, Xətai, Suraxanı və Səbail rayonlarında ayrı-ayrı ünvanlarda dörd nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən vətəndaşlara kömək göstərilib.

Daha çox xəbərlər