Hadisə 

Bakının mərkəzində yanğın – xəsarət alan var

Bakı şəhərinin Nəsimi rayonunda yanğın olub. ARANTV.AZ xəbər verir ki, Vaqif prospekti bina 5, mənzil 8-də yerləşən mənzildə yanğın başlayıb. Hadisə nəticəsində müxtəlif dərəcəli xəsarətlər alan ev sahibi, 1947-ci il təvəllüdlü Tofiq Bəhramov xəstəxanaya çatdırılıb.

İlkin araşdırmalar zamanı məlum olub ki, hadisə evdə təmir işləri aparılarkən təhlükəsizlik qaydalarının pozulması nəticəsində baş verib.

Faktla bağlı araşdırma aparılır.

publika.az

Daha çox xəbərlər