Bərdə şəhər Heydər Əliyev parkının arxa tərəfində Tərtər çayı zibil dolu bir “göl” kimi görünür.-Video
Bərdə sakini Zahid Mikayılov Redaksiyamızın qaynar xəttinə zəng edib bizi Bərdə şəhər Heydər Əliyev parkının arxa tərəfində ,Tərtər çayının acınacaqlı vəziyyətiylə bağlı olaraq ora dəvət etdi.Əməkdaılarımız həmin qeyd olunan əraziyə yollanaraq orda qarşılaşdıqları mənzərə,yəni Tərtər çayının vəziyyəti onları xeyli məyus etib .Bir tərəfdən çayı mamır basmış, digər tərəfdən hər kəs əlinə keçəni ora atıb zibil gölünə döndərib. Yaxınlıqdan keçmək mümkün deyil, ətrafı üfunət qoxusu bürüyüb.Özü də bütün bunlar Heydər Əliyev parkının yaxınlığında baş verir, çünki Tərtər çayı parkdan keçir.Həmin ərazi zibil dolu bir “göl” kimi görünür.Görəsən 9 Saylı Regional Ekalogiya və Təbii Sərvətlər idarəsi niyə bu mənzərəyə görməzdən gəlirlər?
Yəqin ki, adiyatı qurumlar video süjeti izlədikdən sonra orada xüsusi təmizlik işləri aparacaq.

