Hadisə 

Ana 37 yaşlı oğlunun ad günündə koronavirusdan ölməsinə dözmədi – Azərbaycanda FACİƏ/FOTO

Azərbaycanda 37 yaşlı şəxs koronavirusdan vəfat edib və bu xəbəri eşidən anasının ürəyi dayanıb.

ARANTV.AZ xəbər verir ki, koronavirusa görə, xəstəxanada müalicə alan Ramin Qurbanov mübarizənin 9-cu günündə vəfat edib.

Ramin öz doğum günündə vəfat edib. Sosial şəbəkədə dostları onu təbrik ediblər. Bəzilərinin onun ölümündən sonradan xəbəri olub. Dostları Raminin ölüm xəbərinə anasının ürəyinin dözmədiyini və vəfat etdiyini də qeyd ediblər.

Allah hər ikisinə rəhmət etsin!

 

Publika.az

Daha çox xəbərlər