Prezident İlham Əliyev “Azərbaycan” İstilik Elektrik Stansiyasının əsaslı yenidənqurmadan sonra açılışında iştirak edib
“Azərbaycan” İstilik Elektrik Stansiyasının 330 və 500 kilovoltluq açıq paylayıcı qurğuları, 8 enerji bloku, İdarəetmə Dispetçer Mərkəzi, stansiyanın əsas və köməkçi sahələri, bina və qurğuları əsaslı yenidənqurmadan sonra iyunun 25-də istifadəyə verilib.
ARANTV.AZ AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
Dövlətimizin başçısına stansiyada yaradılan şərait barədə məlumat verilib.
Xəbər yenilənəcək

