Dünya 

Çində son sutkada koronavirusa daha 9 yoluxma faktı aşkarlanıb

Çində ötən sutka ərzində 9 nəfərdə koronavirusa yeni yoluxma faktı qeydə alınıb, onlardan 5-də virusun aktiv forması aşkarlanıb.

ARANTV.AZ  Trend-ə istinadən bildirir ki, aktiv formada aşkarlanan yeni yoluxma hallarından üçü xaricdən gələn vətəndaşlarda, ikisi isə ölkə daxilində – Pekin şəhərində qeydə alınıb.

Simptomsuz 4 koronavirus daşıyıcısı həkimlərin nəzarəti altında saxlanılır.

Qeyd edilir ki, son sutka ərzində Çində koronavirusdan ölüm halı qeydə alınmayıb. Ümumilikdə ölkədə koronavirusa yoluxanların sayı 83 542 nəfərə çatıb, ölənlərin sayı isə 4 634 nəfər səviyyəsində qalıb.

Daha çox xəbərlər