Bərdə rayonunda COVİD 19 virusunun yaratdığı gərginliklə əlaqədar mobil qrupların fəaliyyəti gücləndirilmişdir.
Gün ərzində 141 ictimai iaşə obyektində, 102 ticarət obyektində və 11 məişət xidməti obyektində monitorinq aparilmiş, 41 ictimai iaşə, 9 ticarət və 11 məişət xidməti obyektlərinə xəbərdarlıq edilmiş, 2 ticarət obyektinin sahibi və 1 nəfər işçisi, 16 vətəndaş barəsində protokol tərtib edilmişdir. Pandemiya ilə mübarizə tədbirləri çərçivəsində əhalinin sıx olduğu yerlərdə sosial məsafənin qorunması, tibbi-gigiyenik vasitələrin istifadəsinin zəruriliyi barəsində maarifləndirici söhbətlər aparılmışdır.

