Bakıda havadan niyə ifunət qoxusu gəlir? – RƏSMİ AÇIQLAMA
Bakı şəhərinin Nərimanov və Binəqədi rayonlarında ətrafa kəskin iy-qoxunun yayılması ilə bağlı ETSN-nin mütəxəssisləri tərəfindən araşdırma aparılıb.
İy-qoxunun son günlər müşahidə edilən yüksək temperaturun və durğun hava şəraitinin üstünlük təşkil etməsi səbəbindən kanalizasiya sularının axıdılığı Böyük Şor gölündən yayıldığı ehtimal edilir.
ARANTV.AZ-ın məlumatıba görə, bunu Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Vasif Əliyev bildirib.
O qeyd edib ki, mütəxəssislərimiz tərəfindən sözügedən ərazidə monitorinq keçirilib, atmosfer havasından nümunələr götürülüb.
Sabah bu barədə daha dəqiq məlumat veriləcək.Axeber.az

