İndoneziyada koronavirusa yoluxanların sayı 66 min nəfəri keçib
İndoneziyada son sutka ərzində koronavirusa yoluxanların ümumi sayı 66 min nəfəri keçib.
ARANTV.AZ AZƏRTAC-a istinadən bildirir ki, son sutka ərzində ölkədə 1268 yeni koronavirusa yoluxma halı qeydə alınıb.
Bununla da İndoneziyada epidemiya başlayandan bəri COVID-19-a yoluxanların sayı 66 min 226 nəfərə çatıb.
Onlardan 30 min 700-nün sağaldığı, 3309 nəfərin isə həyatını itirdiyi bildirilir.

