Cəmiyyət 

Bu ilin 9 ayında əsas kapitala 10 milyard 148 milyon 700 min manat vəsait yönəldilib

ARANTV.AZ xəbər verir ki, bu ilin 9 ayında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 10 milyard 148 milyon 7 yüz min manat vəsait yönəldilib. Qeyri-neft sektoruna yönəldilən vəsaitin həcmi 20,2 faiz, o cümlədən qeyri-neft sənayesinə qoyulan investisiyalar 24,4 faiz artıb. Ümumi sərmayənin 69,4 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib. Daxili mənbələrdən əsas kapitala yönəldilən vəsait ümumi sərmayənin 60,7 faizini təşkil edib. Əsas kapitala yönəldilən sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 51 fazidən çox olub.

Daha çox xəbərlər