Hadisə 

Qəbələdə vurulan piyada öldü

Qəbələ rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 

ARANTV.AZ  xəbər verir ki, qəza Hacallı kəndi ərazisində qeydə alınıb.

Böyük Əmilli kənd sakini R.Məhərrəmov idarə etdiyi “VAZ-21093” markalı avtomobillə yolu keçən Bayramkoxa kənd sakini Eyyub Rəsulovu vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Qəbələ RPŞ tərəfindən araşdırma aparılır.Milli.Az

Daha çox xəbərlər