Gündəm 

Ağdam kəndində mülki sakinlər hədəfə alınıb – FOTO

Ermənistan silahlı bölmələrinin iyulun 12-dən etibarən intensiv artilleriya atəşi nəticəsində Tovuz rayonunun Ağdam kəndinin sakini, 65 yaşlı Minayə Qasımovanın evi ziyan görüb.

Oxu.Az-ın cəbhə xəttinə ezam olunmuş müxbiri xəbər verir ki, M.Qasımovanın yaşadığı evin həyətinə mərmi düşüb.

Hadisə iyulun 14-də baş verib.

Ev sakinləri deyir ki, iyulun 12-14 tarixlərində onların evləri və həyatları təhlükə altında olub. Bununla belə, onlar evlərini tərk etmək barədə düşünməyiblər.

Hazırda kənddə vəziyyət stabildir. Əməliyyat şəraiti Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altındadır.

Daha çox xəbərlər