Çexiyada yük və sərnişin qatarları toqquşdu
Çexiyanın paytaxtı Praqa şəhərinin yaxınlığında qatar qəzası baş verib.
Bu barədə “Associated Press” məlumat yayıb.
Hadisə Praqanın şərqində yerləşən Çeski-Brod stansiyasında qeydə alınıb. Sərnişin və yük qatarları toqquşub. Hadisə nəticəsində yaralıların sayının 60 nəfərə çata biləcəyi qeyd olunur.

