Gündəm 

Hikmət Hacıyev: “Ermənistan rəhbərliyi öz xalqına cavab verməlidir”

“Bu hərbi avantüraya görə Ermənistan rəhbərliyi öz xalqına cavab verməlidir. Çünki onlar öz itkilərini gizlədirlər. İtkilərə görə məsuliyyət Ermənistan siyasi hərbi rəhbərliyinin üzərinə düşür”.

ARANTV.AZ-ın məlumatına görə, bunu mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, Ermənistan hərbi, diplomatik müstəvidə uğursuzluğa düçar olanda onlar mülki obyektləri və mülki insanları hədəfə almağa başlayırlar:

“Artıq 76 yaşlı mülki vətəndaşımızın həlak olması faktı var. Bu faktlar hamısı qiymətləndirilir. Eyni ssenarini Aprel döyüşlərində də gördük. Bunlar qiymətləndirilir və vahid məcmu halına salınıb, BMT-nin aidiyyəti strukturlarına və beynəlxalq ictimaiyyətə çatdırılır”.

“Hesab edirik ki, Ermənistan törətdiyi bu əməllər ilk növbədə beynəlxalq hüququn, Cenevrə konvensiyasının və bundan irəli gələn digər hüquqi sənədlərin kobud şəkildə pozulmasıdır ki, beynəlxalq ictimaiyyətin diqqətinə bu məqamlar bir daha çatdırılır”, – deyə H.Hacıyev qeyd edib.Oxu.Az

Daha çox xəbərlər