Rusiyada COVID-19-la bağlı 25 milyondan çox test keçirilib
Rusiyalı mütəxəssislər yerli sakinlərdən 25 milyondan çox COVID-19 testi götürüblər.
REN TV xəbər verir ki, bu barədə “Rospotrebnadzor” (Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti) məlumat yayıb.
Rəsmi məlumatda qeyd olunur ki, gün ərzində Rusiya Federasiyasında orta hesabla 259 min koronavirus testi həyata keçirilir.
Qeyd edək ki, Rusiyada 771 546 nəfərin COVID-19-a yoluxduğu aşkar edilib. 12 342 xəstə pandemiyanın qurbanı olub.

