Sosial 

Azərbaycanda koronavirusla bağlı müsbət dinamika: 369 yeni yoluxma – FOTO/VİDEO

“Azərbaycanda daha 369 nəfər koronavirusa yoluxub, 523 nəfər sağalıb”.

ARANTV.AZ-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Adminstrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

O bildirib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış doqquz nəfər vəfat edib. Gün ərzində aparılan test sayı 6817-dir.

Oxu.Az

Daha çox xəbərlər